SON DƏQİQƏ
» » İrəvan Bakının diktəsini yerinə yetirəcək - İsgəndəryan

İrəvan Bakının diktəsini yerinə yetirəcək - İsgəndəryan

Tarix:

7-04-2021, 12:15

/ 3 695 dəfə oxundu.
İrəvan Bakının diktəsini yerinə yetirəcək - İsgəndəryan

Ermənistan müharibənin şokundan çıxmaq, Azərbaycan isə hərbi yolla nail olduqlarını siyasi müstəvidə də davam etdirmək istəyi ilə yaşayır. Bir qayda olaraq, müharibədən sonra qələbə qazanan tərəf şərtləri diktə etməyə başlayır. Bunun qarşısını almaq üçün məglub tərəf heç olmasa müvafiq subyektlərə və ya müxtəlif resurslara malik olmalıdır. Bu resurslar isə Ermənistanda yoxdur.

GünAz.az xəbər verir ki, bu barədə erməni nəşrinə müsahibəsində "Qafqaz” İnstitutunun direktoru, erməni politoloq Aleksandr İsgəndəryan bildirib.

 

Onun sözlərinə görə, Bakı bundan sonra da öz qaydalarını diktə edəcək, İrəvan isə onları yerinə yetirməyə borclu olacaq:

"Hələlik danışıqların hansı formatda davam edə biləcəyi məlum deyil. Bir şey aydındır ki, Ermənistanın bu vəziyyətə təsir etmək üçün resursları yoxdur. Və yaxın zamanlarda ermənilər üçün müsbət olan heç nə gözləməyə dəyməz”./axar.az/

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ