SON DƏQİQƏ
» » İrəvan Qarabağa əlavə ordu yığır, ancaq... - Martirosyan

İrəvan Qarabağa əlavə ordu yığır, ancaq... - Martirosyan

Tarix:

21-04-2020, 21:49

/ 1 188 dəfə oxundu.
İrəvan Qarabağa əlavə ordu yığır, ancaq... - Martirosyan

İndiki erməni hakimiyyəti Qarabağ problemindən nə qədər uzaq dursa, o qədər yaxşıdır. Bu vəzifə bir qrup ideoloq və qeyri-millətçi bir zehniyyətə sahib insanlara, Ter-Petrosyanın baxışlarına inananlara həvalə edilməlidir.
GunAz.az xəbər verir ki, bunu erməni politoloq Ayk Martirosyan deyib. Martirosyan Rusiyanın Minsk Qrupunun aktiv həmsədrlərindən biri olduğunu xatırladıb.
"Aydındır ki, bütün erməni hökumətləri özlərini vassal kimi apardılar və Ermənistanı "böyük qardaş”dan ömürlük asılı vəziyyətə saldılar. Bu da Ermənistana olan marağı və Rusiyanın nəzərində onun dəyərini azaltdı. Bütün bunlar Azərbaycana üstünlük qazandırdı, çünki o, Rusiya ilə dost, amma qarşılıqlı hörmətə malik münasibətlər qurdu”, - Martirosyan bildirib.
Politoloqun sözlərinə görə, indi Rusiya Serj Sərkisyanın dövründən daha çox Ermənistanın ləyaqətsiz davranışı ilə qarşılaşır:
"Buna görə də Rusiya Ermənistanın maraqlarını nəzərə almadan məntiqi olaraq Azərbaycana üstünlük verməlidir. İrəvan Qarabağın üzərində tam nəzarət əldə etmək üçün oraya daha çox ordu yerləşdirir. Bu, ərazilərin onun təsiri altından çıxmasına və Moskvanın qucağına atılmasına gətirib çıxaracaq. Yeri gəlmişkən, bu istiqamətdə işlər aparılır”.
Martirosyan, həmçinin hesab edir ki, indiki hakimiyyət də əvvəlkilər kimi eyni dırmıxın üzərinə basır. Xüsusilə, əgər Sərkisyan rejimi açıq satqınlıq xətti aparırdısa, hələlik indiki hakimiyyət açıq xəyanətə getmir, amma onların da seçdiyi xətt zərərli, xaotik, məntiqsiz və çox təhlükəlidir:
"Bu formatda proqres yoxdur, ola da bilməz. Bu məsələdə ən böyük səhv bütün cəbhə xəttinin saxlanılması və Qarabağ rejimini danışıqlar stoluna gətirmək cəhdidir. Məhz bunun sayəsində Azərbaycan tərəfi Ermənistan üçün uğurlu diplomatik tələ yaradır”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ