SON DƏQİQƏ
» » Çavuşoğludan Maasa Özil atmacası: Ümid edirəm ki...

Çavuşoğludan Maasa Özil atmacası: Ümid edirəm ki...

Tarix:

18-01-2021, 21:09

/ 1 312 dəfə oxundu.
Çavuşoğludan Maasa Özil atmacası: Ümid edirəm ki...

Məsud Özil kimi ulduzun Türkiyəyə gəlməsi hamımızı həyəcanlandırdı. O da həyəcanlıdır. Almaniya yığmasına əhəmiyyətli töhfələr verdi. Dünyanın ən yaxşı komandalarında oynadı.

GunAz.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Hayko Maasla keçirdiyi brifinqdə Özilin "Fənərbaxça"ya transfer olunmasına münasibət bildirərkən deyib.

"Bizim prioritetimiz "Antalya" və "Alanyaspor"dur, amma hamı mənim fənərli olduğumu bilir. Hər kəsin ürəyində bir komanda var. Buna görə mən də xoşbəxtəm. Əhəmiyyətli töhfələr verəcək. Ümid edirəm ki, bu dəfə prezidentimizlə görüşünə etiraz etməyəcəksiniz", - Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, M.Özil illər öncə Ərdoğanla görüşdüyü üçün Almaniyanın rəsmiləri tərəfindən tənqidə məruz qalmış, uzun müddət milliyə çağırılmamışdı. Bir müddət sonra isə Özil şəxsən Almaniya millisində oynamaqdan imtina etmişdi.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ