SON DƏQİQƏ
» » Türkiyədən daha 19 azərbaycanlı həkim ölkəmizə gəldi

Türkiyədən daha 19 azərbaycanlı həkim ölkəmizə gəldi

Tarix:

3-07-2020, 10:16

/ 4 028 dəfə oxundu.
Türkiyədən daha 19 azərbaycanlı həkim ölkəmizə gəldi

İyulun 2-də "Azərbaycan Hava Yolları” QSC (AZAL) İstanbul-Bakı reysi ilə Türkiyədə təhsil alan 19 azərbaycanlı həkimi ölkəmizə gətirib.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Ramin Ağayev GunAz.az bildirib ki, TƏBİB-in prioritet məqsədlərindən biri də xarici ölkələrdə tibbi təhsil almış həkimlərin müvafiq şərait yaradılmaqla Azərbaycanda işləmək üçün geri gətirilməsidir.

O qeyd edib ki, bu çərçivədə müxtəlif layihələr icra olunur. Son olaraq REACT layihəsi icra olunub və Türkiyədə təhsil almış 19 uzman Azərbaycanın müxtəlif bölgələrində olan xəstəxanalarda ötən 3 ay ərzində pandemiya ilə mübarizə aparırdılar. Bu xüsusda azərbaycanlı həkimlərdən ibarət növbəti heyət xalqımıza xidmət etmək üçün ölkəmizə gəlib.

Türkiyədən daha 19 azərbaycanlı həkim ölkəmizə gəldi
Türkiyədən daha 19 azərbaycanlı həkim ölkəmizə gəldi
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ