SON DƏQİQƏ
» » İraq ABŞ qüvvələrinin ölkədə qalmasına heç vaxt imza atmayacaq - Rəsmi Bağdad

İraq ABŞ qüvvələrinin ölkədə qalmasına heç vaxt imza atmayacaq - Rəsmi Bağdad

Tarix:

14-01-2020, 18:00

/ 1 790 dəfə oxundu.
İraq ABŞ qüvvələrinin ölkədə qalmasına heç vaxt imza atmayacaq - Rəsmi Bağdad

“Biz ABŞ qüvvələrinin ölkədə qalmasını təmin edən hər hansı bir anlaşmanı imzalamayacağıq.”

GunAz.az xəbər verir ki, bunu İraq baş nazirinin ofisinin sözçüsü Vilyam Varda CNN-ə verdiyi açıqlamasında deyib.

İraq rəsmisi bildirib ki, onlar hətta İŞİD-lə mübarizə üçün olsa belə, ABŞ qüvvələrinin ölkədə qalmasını təmin edən hər hansı bir anlaşmaya imza atmayacaqlar.

V. Vardanın sözlərinə görə İraq hökuməti parlamentin əcnəbi qüvvələrin çıxması ilə bağlı qərarını tam dəstəkləyir.

Qeyd edək ki, Mayk Pompeo bundan öncə məsələyə münasibət bildirərkən iraqlıların ABŞ qüvvələrinin bu ölkədə qalmasını istədiklərini iddia etmişdi.

Xatırladaq ki, ABŞ Qasim Süleymanini, Haşd-Şabinin rəhbər müavini və digər 8 iraqlı və iranlı hərbçini terror etdikdən sonra İraq parlamenti əcnəbi qüvvələrin çıxmasına səs verib.

Donald Tramp bu qərarı pisləyib və qüvvələrinin çıxacağı təqdirdə ABŞ banklarında olan 35 milyard dollar İraq pulunun dondurulacağı ilə təhdid edib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ