SON DƏQİQƏ
» » Süleymani və əl-Mühəndisin terror edildiyi yerdə şəhidlərin xatirəsinə abidə ucaldılacaq

Süleymani və əl-Mühəndisin terror edildiyi yerdə şəhidlərin xatirəsinə abidə ucaldılacaq

Tarix:

13-01-2020, 18:00

/ 1 810 dəfə oxundu.
Süleymani və əl-Mühəndisin terror edildiyi yerdə şəhidlərin xatirəsinə abidə ucaldılacaq

 İraqın Xalq Səfərbər Qüvvələrinin rəhbər müavini Əbu-Mehdi əl-Mühəndisə və İran İslam İnqilabının Keşikçilər Ordusunun Küds Korpusunun komandanı Qasim Süleymaniyə terrora məruz qaldıqları yerdə abidə qoyulacaq.

GunAz.az xəbər verir ki, bu barədə İraqın Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İraqın Mədəniyyət Nazirliyi Qasim Süleymani və Əbu-Mehdi əl-Mühəndisin ABŞ tərəfindən terrora məruz qaldığı yerdə şəhidlərə abidə ucaltmaq barədə qərar verib.

Qeyd edək ki, ABŞ Ordusu Donald Trampın qərarı ilə cari ayın 8-də Qasim Süleymani, Əbu-Mehdi əl-Mühəndis və digər 8 iraqlı və iranlı hərbçiləri terror edib. Bundan sonra İraq parlamenti ABŞ qüvvələrinin çıxmasına səs verib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ