SON DƏQİQƏ
» » Pompeo Almaniya səfərini təxirə salıb, təcili İraqa getdi

Pompeo Almaniya səfərini təxirə salıb, təcili İraqa getdi

Tarix:

8-05-2019, 09:00

/ 158 dəfə oxundu.
Pompeo Almaniya səfərini təxirə salıb, təcili İraqa getdi

ABŞ dövlət katibi Mayk Pompeo İranla artan gərginlik fonunda İraqa planlaşdırılmamış, təcili səfər edib.

BBC-nin məlumatına görə, amerikalı ali diplomat bundan əvvəl İraq liderləri ilə görüş keçirmək üçün Almaniya səfərini təxirə salıb.

İraq səfəri ABŞ-ın regiona aviadaşıyıcı və “B-52” bombardmançılarını göndərdiyi bir vaxta təsadüf edir. ABŞ rəsmiləri hərbi dəniz qüvvələrinin İran sahilləri yaxınlığına göndərilməsinin Tehranın ABŞ qüvvələri və onun müttəfiqlərinə qarşı təhdidlərinə cavabı olduğunu bildirmişdi.

Xatırladaq ki, aprelin 8-də İran ABŞ ordusunun mərkəzi komandanlığını terrorçu qruplaşma olaraq tanıyıb, Yaxın Şərqdə olan bütün amerikalı hərbçiləri terrorçulara bərabər tutub.

Bundan əvvəl isə D.Tramp onun administrasiyasının İranın inqilab keşikçiləri korpusunu terrorçu qruplaşmalar siyahısına daxil etməyi planlaşdırdığını bəyan etmişdi.

Pompeo İraqa niyə gəlib?

ABŞ rəsmiləri  Pompeonun Bağdada etdiyi dörd saatlıq səfərin təfsilatlarına varmır. Onun növbədənkənar səfər zamanı İraq Baş naziri Adil Əbdül-Mehdi ilə görüşdüyü bildirilir. İraq Baş naziri ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında, səfərin bilavasitə İranla münasibətlərdə yaranan son gərginliklə əlaqədar olduğunu təsdiqləyib.

Pompeo bildirib ki, “ABŞ İraqın suveren, müstəqil dövlət olaraq qalmasını təmin etməyə davam edəcək və ölkə rəhbərliyini buna əmin etmək üçün gəlib. O, İraqın İrandan enerji asılılığının azalmasında Bağdada kömək etmək niyyətində olduqlarını vurğulayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ