SON DƏQİQƏ
» » Əlcəzairdə bu gün prezident seçkiləri keçirilir

Əlcəzairdə bu gün prezident seçkiləri keçirilir

Tarix:

12-12-2019, 18:50

/ 1 272 dəfə oxundu.
Əlcəzairdə bu gün prezident seçkiləri keçirilir

Bu gün Əlcəzairdə 24 milyon seçicinin qatıla biləcəyi prezident seçkiləri keçirilir.

GunAz.az xəbər verir ki, bu gün yerli vaxt ilə səhər saat 08.00-dan başlayaraq 24 milyon əlcəzairli ölkədəki 60 min seçki məntəqəsinə gedərək, 5 namizəddən birini seçə biləcəklər.

Beş namizəddən ikisi Əbdüləziz Butaflika dövründə nazir olmuş Əli bin Fleys və Əbdülməcid Tabun adlı siyasətçilərdir.

Ötən gün Əlcəzair müxalifəti aksiya keçirərək, sabiq rejim nümayəndələrinin hazırki seçkilərdə namizəd olaraq qatılmasına etiraz ediblər.

Qeyd edək ki, Əbdüləziz Butaflika ötən aprel ayında istefa verdikdən sonra ordunun dəstəyi ilə müvəttəqi hökumət təşkil edilmişdi.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ