SON DƏQİQƏ
» » Güneydə zəlzələ: 529 azərbaycanlı yaralandı

Güneydə zəlzələ: 529 azərbaycanlı yaralandı

Tarix:

9-11-2019, 14:55

/ 1 808 dəfə oxundu.
Güneydə zəlzələ: 529 azərbaycanlı yaralandı

Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ nəticəsində zərərçəkənlərin sayı 529 nəfərə çatıb.

GunAz.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycan vilayətinin tibbi yardım və fövqəladə halların qarşısının alınması mərkəzinin rəhbəri Fərzəd Rəhmani məlumat verib.

O, təbii fəlakət nəticəsində 5 nəfərin öldüyünü, 529 nəfərin xəsarət aldığını, bunlardan da 31 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib.

Qeyd edək ki, noyabrın 8-nə keçən gecə Şərqi Azərbaycan əyalətində 6 bal gücündə zəlzələ baş verib. Qeyri-rəsmi məlumata görə, zəlzələ nəticəsində 11 nəfər dünyasını dəyişib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ