Misir prezidenti Əbdül-Fəttah Sisinin Türkiyənin Suriyanın şimalındakı əməliyyatı qnamasından sonra Ərəb Dövlətləri Liqası sədri də rəsmi Ankaranın başlatmaq istədiyi əməliyyatı pisləyib.
GunAz.az Misir mətbuatına istinadla xəbər verir ki, ölkə prezidenti Əbdül-Fəttah Sisi ötən gün keçirilən mətbuat konfransı zamanı Türkiyənin Suriyanın şimalında kürd bölmələrinə qarşı başlatmaq istədiyi hərbi əməliyyatı qınayıb.
Ərəb Dövlətləri Liqasının baş katibi misirili siyasətçi Əhməd Əbul-Ğəyt də Türkiyənin başlatmaq istədiyi əməliyyata münasibə bildirib.
Onun sözlərinə görə ƏDL Türkiyənin Suriyadakı bu addımına görə narahatdır.
O deyib:
"Rəsmi Ankara tərəfindən başladılacaq bu əməliyyat Suriya suverenliyini açıqcasına pozmaqdır və vəziyyəti daha da gərginləşdirəcək."
Qeyd edək ki, ƏDL 2012-ci ildən rəsmi Dəməşqi liqanın üzvlüyündən çıxarıb və hələ də Suriya hökumətini bu liqaya qəbul etmir.