SON DƏQİQƏ

Bu ölkədə parlament buraxıldı

Tarix:

11-09-2019, 20:49

/ 2 017 dəfə oxundu.
Bu ölkədə parlament buraxıldı

Kanadanın Baş naziri Castin Trudo ölkə parlamentinin buraxıldığını elan edib.

GunAz.az xəbər verir ki, Baş nazir bunu xalqa müraciətində bildirib. Onun müraciəti bütün federal telekanallarda canlı yayımlanıb.

“Bir neçə dəqiqə əvvəl Kanadanın general-qubernatoru parlamentin buraxılması barədə ərizəmi qəbul etdi. Kanadalılar seçki məntəqələrinə oktyabrın 21-də gələcəklər”, - Castin Trudo xalqa müraciəti zamanı belə deyib.

Ənənəyə uyğun olaraq, hökumət başçısı bu gün səhər ölkənin general-qubernatoru Jüli Peyettin iqamətgahına gəlib və ondan milli parlamentin buraxılmasını xahiş edib. Həmin andan Kanada tarixində 43-cü seçkiqabağı kampaniya başlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ