Ermənistanda baş nazir Paşinyanın tərəfdarları etiraz aksiyası keçirib.
GunAz.az xəbər verir ki, buna səbəb deputatların ikinci dəfə baş nazir seçilməsi zərurəti yarandıqda, parlamentin buraxılmasını əngəlləyən qanun layihəsinə səs vermələri olub.
Paytaxt sakinkləri parlamentin giriş-çıxışı bağladıqları üçün deputatlar binadan çıxa bilməyiblər.
Qeyd edək ki, Ermənistan parlamenti növbədənkənar parlament seçkilərinin keçirilməsinin qarşısını almağa imkan verən qanun qəbul edib.
Ölkənin baş naziri Nikol Paşinyan isə daha öncə jurnalistlərə növbədənkənar parlament seçkilərinin bu ilin dekabr ayında keçiriləcəyini bildirmişdi.