SON DƏQİQƏ
» » İranın Britaniya neft gəmisini saxlaması gözlənilən cavab addımı idi - ABŞ generalı

İranın Britaniya neft gəmisini saxlaması gözlənilən cavab addımı idi - ABŞ generalı

Tarix:

20-07-2019, 20:47

/ 1 317 dəfə oxundu.
İranın Britaniya neft gəmisini saxlaması gözlənilən cavab addımı idi - ABŞ generalı

 "İranlılar Britaniya gəmisini saxlamaqla müharibəyə getmək deyil, güclərini göstərmək niyyətindədirlər. Onların bu addımı Britaniyanın addımına cavab olaraq gözlənilən idi."

GunAz.az RT-ə istinadla xəbər verir ki, bunu ABŞ Kəşfiyyatının generalı Robert Eşli Cunior deyib.

Kolorado ştatında keçirilən forumda jurnalistlərə verdiyi açıqlamada ABŞ generalı bildirib ki, İranın Britanıya gəmisini saxlaması gözlənilən cavab addımı idi.

O bildirib ki, İran bu addımı ilə müharibə niyyətini deyil, gücünü göstərmək istəyir.

Qeyd edək ki, Britaniya carı ayın 4-də Cəbəli-Tariq sahillərinə yaxın sularda bir İran gəmisini Suriyaya neft apardığına və "Avropanın Dəməşqə qarşı sanksiyalarını pozduğuna görə" saxlayıb. İran da cavab olaraq dünən Hörmüzdə Britaniyanın bir neft gəmisini dəniz nəqliyyatı qaydalarına məhəl qoymadığı iddiası ilə saxlayıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ