SON DƏQİQƏ

Rusiya İrəvan üçün yeni AES tikir

Tarix:

17-07-2019, 10:57

/ 1 831 dəfə oxundu.
Rusiya İrəvan üçün yeni AES tikir

Ermənistan hökuməti Rusiya tərəfinin ölkədə yeni atom elektrik stansiyasının tikintisində iştirakı etməsi üçün Moskva ilə danışıqlar aparır.

GunAz.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan deyib.

“Bizim energetika sistemimiz 3 dayaq üzərindədir. Bunlar atom energetikası, termal energetika və hidroenergetikadır. Ermənistan atom energetikasından imtina etməyə hazırlaşmır. Biz Metsamor AES-in qapadılmasından sonra yeni atom stansiyasının tikintisi imkanlarını indidən nəzərdən keçiririk. Biz Rusiyadakı tərəfdaşlarımızla bu perspektivi müzakirə edirik”, - deyə o bildirib.

Qeyd edək ki, Metsamor AES 1980-ci ildən fəaliyyət göstərir.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ