SON DƏQİQƏ
» » Hava limanının əməkdaşlarına hücum olub, 5 nəfər xəsarət alıb - VİDEO

Hava limanının əməkdaşlarına hücum olub, 5 nəfər xəsarət alıb - VİDEO

Tarix:

22-06-2019, 08:00

/ 2 424 dəfə oxundu.
Hava limanının əməkdaşlarına hücum olub, 5 nəfər xəsarət alıb - VİDEO

ABŞ-da hava limanının əməkdaşlarına hücum edilib.

"Report"un məlumatına görə, bu barədə ABC telekanalı xəbər verib.

Bildirilir ki, bir nəfər aviasiya təhlükəsizliyi xidmətinin 10 əməkdaşına hücum edib.

Finiks şəhərinin Finiks-Skay-Harbor beynəlxalq aeroportunda (Arizona ştatı) bir nəfər uçuş öncəsi yoxlama məntəqəsində hava limanının əməkdaşlarına zərbələr endirib.

Hava limanının əməkdaşları hücum edən şəxsi zərərsizləşdiriblər. Cinayətkarın 19 yaşlı Tayler Qarner olduğu məlum olub. O, aeroportun təhlükəsizliyik qaydalarının pozulması və saxlanılma vaxtı müqavimət ittihamları üzrə həbs edilib.

Telekanal bildirib ki, hadisə nəticəsində hava limanının 5 əməkdaşı xəsarət alıb. Hadisənin səbəbi hələ məlum deyil.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ