SON DƏQİQƏ

Saakaşvili Floridada ev aldı - Gürcü KİV

Tarix:

11-05-2019, 19:03

/ 237 dəfə oxundu.
Saakaşvili Floridada ev aldı - Gürcü KİV

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili özünə Floridada ev alıb.

GunAz.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı Saakaşvilinin sosial şəbəkələrdə yayılan telefon danışığına istinadən məlumat verib.

Səs yazısında Saakaşvilinin dayısı Temur Alasaniya ilə danışığı əks olunub. Tərəflər telefon danışığında yeni evdən açılan mənzərəni, bağı və evin təhlükəsizlik məsələlərini müzakirə edib.

Qeyd edək ki, Saakaşvili hazırda Hollandiyada yaşayır. O, daima çıxışlarında maddi vəziyyətinin pis olmasından şikayətlənir.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ