SON DƏQİQƏ

Saakaşvili Lvovda yoxa çıxdı

Tarix:

13-09-2017, 12:29

/ 1 310 dəfə oxundu.
Saakaşvili Lvovda yoxa çıxdı

Sentyabrın 10-da Ukraynaya qayıdaraq Lvovda yerləşən Gürcüstanın eks-prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili qaldığı mehmanxananı tərk edib.

GUNAZ.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, Ukrayna vətəndaşlığından məhrum edilmiş Saakaşvili naməlum istiqamətdə yola çıxıb.

Məlumata görə, dünən gecə onun qaldığı nömrə çox izdihamlı idi. Burada onun mühafizəçiləri və silahdaşları var idi.

Bildirilir ki, “Donbas” batalyonuna məxsus mikroavtobusa əyləşən keçmiş prezident və silahdaşları naməlum istiqamətdə hərəkət edib. Saakaşvilinin bir neçə mühafizəçisi mehmanxanada qalıb və jurnalistləri əmin edirlər ki, onların rəhbəri heç yerə getməyə hazırlaşmır və nömrədə gecələyəcək.

Mikroavtobus bir müddət sonra mehmanxanaya qayıtsa da, jurnalistlər onun içində Saakaşvilinin başçılığı etdiyi nümayəndə heyətini görməyiblər.

скачать dle 12.1

Şərhlər