SON DƏQİQƏ
» » Paşinyanın İrana səfəri buna təsir edə bilməz - İranlı deputat

Paşinyanın İrana səfəri buna təsir edə bilməz - İranlı deputat

Tarix:

28-02-2019, 21:36

/ 10 287 dəfə oxundu.
Paşinyanın İrana səfəri buna təsir edə bilməz - İranlı deputat

Ermənistanın baş nazirinin İrana səfəri rəsmi Tehran ilə Bakı arasındakı münasibətlərə heç bir mənfi təsir göstərə bilməz.

Bu sözləri Azərtac-a müsahibəsində İran İslam Şurası Məclisinin (parlamentin) deputatı, İran-Azərbaycan parlamentlərarası işçi qrupunun həmsədri Salman Xudadadi deyib.

O bildirib ki, İran ilə Azərbaycan prezidentlərinin görüşlərinin və dövlətlər arasında imzalanan sənədlərin sayına diqqət yetirsək rəsmi Tehranın hansı dövlətlə əlaqələrini inkişaf etdirmək istəyində olduğunu görərik. Son 5 ildə İran ilə Azərbaycan prezidentləri 9 dəfə görüşüblər. Lakin Ermənistanın siyasi rəhbərliyi ilə yalnız 2 dəfə görüş keçirilib. İran ilə Azərbaycan arasında əməkdaşlıq haqqında 155-dən çox sənəd imzalandığı halda Ermənistan ilə cəmi 8 sənəd imzalanıb. Bundan başqa nazirlər və hərbçilərin qarşılıqlı səfərləri də uğurlu olub. İran ilə Azərbaycan rəsmilərinin qarşılıqlı səfərlərinin intensivliyi rəsmi Tehranın Bakı ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini göstərir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan S.Xudadadi bildirib ki, İran birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır və suverenliyinə hörmətlə yanaşır.

Deyilənləri sübuta yetirmək üçün ötən ilin dekabrında İranın Sərhəd Qoşunlarının Komandanı general Qasım Rzayinin Azərbaycanda səfərdə olarkən verdiyi bəyanatı xatırlamaq kifayətdir. General rəsmi şəxslərlə görüşdən sonra bəyan etdi ki, “İran Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəkləyir”.

Cari ilin yanvar ayında isə Azərbaycana səfər edən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Baqirinin də bənzər bəyanatını qeyd etmək lazımdır. M.Baqiri bəyan edib ki, “İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”.

Bütün bunları nəzərdən keçirdikdən sonra deyə bilərik ki, Ermənistanın baş nazirinin fevralın 27-də İrana rəsmi səfəri heç nəyi dəyişməyəcək. Bu səfər İran-Azərbaycan münasibətlərinə mənfi təsir göstərmək iqtidarında deyil. Ermənistan sadəcə olaraq İranın qonşusudur.

S.Xudadadi onu da bildirib ki, Novruz bayramından sonra parlamentin bir qrup deputatı ilə Azərbaycana səfər edəcək. “Biz hər zaman Azərbaycan Respublikasının yanındayıq, Azərbaycan Respublikası bizim qəlbimizdədir”, - deyən Məclis üzvü diqqətə çatdırıb ki, Azərbaycanın inkişafı bizi sevindirir və heç bir dövlət ölkələrimiz arasındakı qardaşlıq münasibətlərini poza bilməz.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ