SON DƏQİQƏ
» » Nigeriya prezidenti: “Bu, həqiqi mənəm, ölməmişəm”

Nigeriya prezidenti: “Bu, həqiqi mənəm, ölməmişəm”

Tarix:

3-12-2018, 23:31

/ 10 274 dəfə oxundu.
Nigeriya prezidenti: “Bu, həqiqi mənəm, ölməmişəm”

Nigeriya prezidenti Muhammadu Buhari sağ olduğunu və sudanlı bənzəri ilə əvəz edilmədiyini bəyan edib.

GunAz.az xəbər verir ki, prezident bazar günü iqlim sammiti üçün səfər etdiyi Polşada özü haqda yayılmış şaiyələri təkzib edib.

“Bu, həqiqi mənəm, sizi əmin edirəm” - deyə, Nigeriya prezidenti həmvətənləri qarşısında çıxış zamanı bildirib: “Mən tezliklə 76-cı doğum günümü qeyd edəcəm və möhkəm olmağa davam edəcəm.”

Şaiyələr prezidentin adı qeyd edilməyən xəstəliyin müalicəsi üçün 2017-ci ilin böyük hissəsini Londonda keçirməsindən sonra yayılmağa başlayıb.

Buhari bu şaiyələri yayan insanlari “cahil” və “dinsiz” adlandırıb.

AFP agentliyinin apardığı araşdırmalara görə, Nigeriya Prezidentinin vəfatı və onun klonu ilə əvəz edilməsi xəbərinə sosial şəbəkələrdə 500 mindən çox insan baxıb. Agentlik qeyd edir ki, şayiələrin sürətlə yayılmasında onun keçmiş köməkçisi Qudlak Conatanın əli var. Buharinin siyasi rəqibi Nnamdu Kanu da bu kampaniyanın fəal iştirakçısıdır. Sonuncu tərəfindən internet saytlarına qoyulan şəkildə eyham vurulur ki, dövlət başçısı məktub və sənədləri sağ əli ilə imzalayırdı, amma xalqın qarşısına çıxan insan solaxaydır.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ