ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonun istefa verməsi ilə bağlı yayılan xəbərləri uydurma adlandırıb.
Gunaz.az xəbər verir ki, bu barədə Tramp öz Twitter səhifəsində yazıb.
“Kütləvi informasiya vasitələrində guya mən Reks Tillersonu tutduğu vəzifədən azad etmişəm və yaxud da tezliklə o, bu vəzifədən gedəcək kimi məlumatlar yayılıb. Bunlar hamısı uydurma xəbərlərdir. Baxmayaraq ki, aramızda bir sıra məsələlərdə fikir ayrılıqları mövcuddur (ona görə ki, sonuncu qərarı verən mənəm), ancaq Tillerson vəzifəsindən getməyəcək. Biz bir yerdə çox yaxşı işləyirik”- deyə, Tramp vurğulayıb.
Qeyd edək ki, “The New York Times” qəzeti Ağ Evdə kadr dəyişiklikləri olacağını və Tillersonun tutduğu vəzifəni tərk edəcəyi, onun yerini isə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeonun gətiriləcəyi barədə məlumat yayıb. Həmin məlumatda bildirilir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri postunu isə Arkanzas ştatından olan demokrat senator Tom Kotton tutacaq.