SON DƏQİQƏ

İndoneziyada ölənlərin sayı 1558-ə çatdı

Tarix:

5-10-2018, 08:09

/ 10 369 dəfə oxundu.
İndoneziyada ölənlərin sayı 1558-ə çatdı

Sentyabrın 28-də İndoneziyada baş vermiş zəlzələ və sunami nəticəsində ölənlərin sayı 1558-ə çatıb.

GunAz.az xəbər verir ki, bu barədə İndoneziyanın Təbii Fəlakət Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsi xəbər verir.

Bildirilir ki, təbii fəlakət nəticəsində 2,5 mindən artıq insan xəsarət alıb, 113 nəfər itkin düşüb, 150-dən artıq insan dağıntılar altında qalır.

Xatırladaq ki, sentyabrın 28-də Mərkəzi Sulavesi rayonunda 7,4 bal gücündə zəlzələ, ardınca təqribən 2 sutka ərzində 170 təkrar təkan qeydə alınıb. Güclü yeraltı təkanlar zamanı sunami yaranıb, dalğaların hündürlüyü 3-5 metr olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ