SON DƏQİQƏ
» » İran 3 ölkədən terrorçuları istədi – RƏSMİ XƏBƏRDARLIQ

İran 3 ölkədən terrorçuları istədi – RƏSMİ XƏBƏRDARLIQ

Tarix:

23-09-2018, 08:29

/ 10 238 dəfə oxundu.
İran 3 ölkədən terrorçuları istədi – RƏSMİ XƏBƏRDARLIQ

Niderland və Danimarkanın İrandakı səfirləri, həmçinin Böyük Britaniyanın müvəqqəti işlər vəkili Ahvaz şəhərində hərbi paradda törədilən terror aktı ilə əlaqədar İranın Xarici İşlər Nazirliyinə çağırılıb.

GunAz.az xəbər verir ki, bu haqda nazirliyin rəsmi nümayəndəsi Bəhram Qasımiyə istinadən IRNA agentliyi bildirib.

Üç dövlətin diplomatlarına məlumat verilib ki, onlar terror aktına cəlb olunmuş terror qruplaşmaların üzvlərini öz ölkələrində gizlədirlər. Qasıminin sözlərinə görə, İran artıq həmin ölkələrin hökumətlərini xəbərdarlıq edib ki, terrorçular hələ də bu ölkələrin ərazisindədir.

O əlavə edib ki, Niderland və Danimarkadan günahkarların ekstradisiyası, həmçinin terror aktının qətiyyətli pislənməsini gözləyir. Böyük Britaniyadan olan diplomata bildirilib ki, terror qruplaşmasının nümayəndəsinə televiziya vasitəsilə terror aktı üçün məsuliyyəti elan etməyə icazə verilməsi qəbuledilməzdir.

Diplomatlar baş vermiş hadisə ilə əlaqədar dərin təəssüfünü ifadə ediblər və söz veriblər ki, görüşdə toxunulmuş bütün məsələlər onların hökumətlərinə veriləcək. Onlar həmçinin cinayətkarların üzə çıxarılmasında və informasiya mübadiləsində İranla əməkdaşlığa hazır olduqlarını bəyan ediblər.

Qeyd edək ki, ötən gün İranın Ahvaz şəhərində keçirilən hərbi parad zamanı terror aktı baş verib. Tədbir zamanı çoxlu sayda şəxs hücum edərək atəş açmağa başlayıb. Terror aktı nəticəsində ən az 28 nəfər ölüb, 60 nəfər yaralanıb.

IRNA agentliyinin məlumatına görə, terror aktınada məsuliyyəti Səudiyyə Ərəbistanı ilə əlaqələrə malik olan “Ahvazda vətənpərvərlik ərəb demokratik hərəkəti” qruplaşması öz üzərinə götürüb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif hücum edənlərin xarici ölkədə təlimatlandırıldığını, silahlandırıldığını və dəstəkləndiyini bildirib. Onun sözlərinə görə, terror aktı üçün məsuliyyət “terrorizmin regional sponsorları və onların Amerika təlimatçıları”nın üzərinə düşür.

İranın ali dini lideri Ayətullah Əli Xamenei bildirib ki, terror aktının arxasında ABŞ-ın rəhbərliyi altında hərəkət edən dövlətlər dayanır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ