SON DƏQİQƏ

İran terrora görə ABŞ-ı günahlandırdı

Tarix:

22-09-2018, 13:47

/ 10 268 dəfə oxundu.
İran terrora görə ABŞ-ı günahlandırdı

“Xarici bir ölkə tərəfindən təlimatlandırılaraq silahlandırılan terrorçular Əhvaza hücum edib”.

GunAz.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmmədcavad Zərif sentyabrın 22-də Xuzistan əyalətinin Əhvaz şəhərində törədilən terrorla bağlı “Twitter” səhifəsində yazıb.

“Ölənlər arasında uşaqlar və jurnalistlər də var. Regionda terroru dəstəkləyənlər və onların ustadları ABŞ bu cür hücumlara görə məsuliyyət daşıyır. İran hakimiyyəti iranlıların həyatını müfafiə etmək üçün qısa bir zamanda və qəti şəkildə cavab verəcək”, - deyə o vurğulayıb.

Qeyd edək ki, İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parada zaman törədilən terror nəticəsində ölənlərin sayı 11-ə, yaralıların isə 30-a çatıb, 2 terrorçu zərərsizləşdirilib.

Terrorun məsuliyyətini “Əl-Əhvaziyyə” adlı qruplaşmanın üzərinə götürdüyü barədə məlumat yayılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ