SON DƏQİQƏ

İranda bir qrup terrorçu zərərsizləşdirilib

Tarix:

30-05-2018, 22:40

/ 10 310 dəfə oxundu.
İranda bir qrup terrorçu zərərsizləşdirilib

İranın Sistan bölgəsinin Saravan rayonunda keçirilən xüsusi əməliyyatda bir qrup terrorçu zərərsizləşdirilib.

Gunaz.az xəbər verir ki, bu haqda IRNA agentliyi məlumat yayıb.

Silahlı toqquşma zamanı terrorçulardan biri öldürülüb, digərləri həbs olunub.  

Terrorçuların olduğu ərazidən bir neçə partlayıcı kəmər, külli miqdarda partlayıcı material, bir neçə odlu silah və külli miqdarda sursat müsadirə olunub.

Xatırladaq ki, ötən ilin iyun ayında bir qrup yaraqlı İranın parlament binası və Xomeyni türbəsində terror aktı həyata keçirib. Hücumlar nəticəsində 17 nəfər həlak olub, 43 nəfər yaralanıb.

скачать dle 12.1

Şərhlər