SON DƏQİQƏ
» » İranda hərbi paradda TERROR: 11 ölü, 30 yaralı - FOTO(YENİLƏNDİ)

İranda hərbi paradda TERROR: 11 ölü, 30 yaralı - FOTO(YENİLƏNDİ)

Tarix:

22-09-2018, 13:37

/ 10 504 dəfə oxundu.
İranda hərbi paradda TERROR: 11 ölü, 30 yaralı - FOTO(YENİLƏNDİ)

İranda hərbi parad zamanı baş verən terror aktı zamanı ən azı 11 nəfər ölüb, 30 nəfər isə yaralanıb.

GunAz.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası "Press TV" məlumat yayıb.

Telekanalın məlumatında bildirilir ki, tədbir zamanı çoxlu sayda şəxs hücum edərək atəş açmağa başlayıb.

Yarı rəsmi xəbər agentliyi "Tasnim" isə hücum edən 4 nəfərdən ikisinin öldürüldüyünü, ikisinin isə qaçdığını bildirmişdi.

İnqilabçı mühafizəçilərin sözçüsü Ramazan Şərif isə hücum edən şəxslərin Səudiyyə Ərəbistanının müdafiə etdiyi "Əl-Ahvaziya" təşkilatına bağlı olduqlarını deyib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif hücum edənlərin xarici ölkədə təlimatlandırıldığını, silahlandırıldığını və dəstəkləndiyini bildirib.

“İran iranlıları qorumaq üçün sürətli və dəqiq qərar verəcək”, deyə nazir vurğulayıb.

***

10:41

İranın Ahvaz şəhərində keçirilən hərbi parad zamanı terror aktı baş verib.

GunAz.az xəbər verir ki, hadisədə çoxlu sayda ölü və yaralının olduğu bildirilir.

İran Dövlət Televiziyasının məlumatına görə, çoxlu sayda silahlı şəxs parad zamanı atəş açmağa başlayıb.

 

 

 

 

 

 

 

 

 

скачать dle 12.1

Şərhlər