SON DƏQİQƏ

Əhmədinejadın köməkçisi həbs edildi

Tarix:

12-09-2018, 23:47

/ 10 229 dəfə oxundu.
Əhmədinejadın köməkçisi həbs edildi

İranın sabiq prezidenti Mahmud Əhmədinejadın dövründə köməkçisi olmuş İsfəndiyar Rahim Məşai və mətbuat müşaviri işləmiş Əli Əkbər Cavanfikr həbs edilib.

GunAz.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Məşai milli təhlükəsizliyə zidd hərəkətlər etmək ittihamı ilə 5 il, hakimiyyətə qarşı anti-təbliğat ittihamı ilə 1 il və dövlət məmurlarına qarşı təhqir ittihamı ilə 6 ay olmaqla, ümumilikdə 6,5 il həbs cəzasına məruz qalıb.

Cavanfikrə isə milli təhlükəsizliyə zidd hərəkətlər etmək ittihamı ilə 4 il həbs verilib.

Qeyd edək ki, Məşai Əhmədinejadın ən yaxın adamlarından biri kimi 9-cu və 10-cu hökumətlərdə təmsil olunub. Hətta 2013-cü il prezident seçkiləri üçün namizədliyi sürülmək istənilib, lakin İran Konstitusiya Mühafizəkarları Şurası ona veto qoyub.

O, mart ayında “Liderə iftira, hakimiyyətə qarşı anti-təbliğat, dövlət imtiyazlarını səlahiyyətsiz istifadə etmək, xalqı kin və düşməçiliyə təhrik etmək” iddiaları ilə saxlanılmışdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ