SON DƏQİQƏ

Kritik telefon söhbəti

Tarix:

28-07-2018, 20:30

/ 10 291 dəfə oxundu.
Kritik telefon söhbəti

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.

GunAz.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, bu, iyulun 26-da ABŞ-ın prezidenti Donald Tramp və vitse-prezident Mayk Pensin Türkiyə ilə bağlı təhdid xarakterli bəyanatlar səsləndirməsindən sonra iki ölkənin xarici siyasət idarələrinin başçıları arasında ikinci telefon danışığıdır. Birinci təmas elə həmin gün baş tutmuşdu.

Türkiyə tərəfi Ankara ilə təhdid diliylə danışmağın yersiz olduğunu bildirmişdi. Mövlud Çavuşoğlu söyləyib ki, Türkiyəyə kimsə əmr verə bilməz.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ