SON DƏQİQƏ

Bu 4 lider yeni dünya nizamını quracaq - FOTO

Tarix:

9-06-2018, 22:05

/ 10 326 dəfə oxundu.
Bu 4 lider yeni dünya nizamını quracaq - FOTO

Almaniyanın “Der Spiegel” nəşri Türkiyədə iyunun 24-də keçiriləcək növbədənkənar seçkilərin qalibini erkən açıqlayıb.

Publika.az xəbər verir ki, nəşr hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın növbəti dönəmdə də ölkəyə rəhbərlik edəcəyini yazıb.

Qəzet həmçinin, Ərdoğanla birlikdə yeni dünya nizamını quracaq 4 liderin fotosunu üz səhifəsində yerləşdirib. Bunlar Rusiya prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının sədri Si Cinpin və ABŞ prezidenti Donald Trampdır.

Fotoda Almaniyanın baş kansleri Angela Merkelin yer almaması isə diqqətçəkən detaldır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ