Atambayev toxunulmazlıqdan məhrum ola bilər

Qırğızıstan parlamentinin deputatları həmkarları İshaq Masaliyevin keçmiş prezidentlərin toxunulmazlıq hüququndan məhrum edilməsi üzrə qanun layihəsinin hazırlanması ilə bağlı təklifini dəstəkləyib.

Oxu.Az “24.kg”ə istinadən xəbər verir ki, sənəd qəbul olunsa Qırğızıstanın keçmiş dövlət başçısı Almaz Atambayev hazırkı statusundan məhrum olacaq.

Masalıyevin təklifinə görə, qanun qəbul olunsa gələcəkdə korrupsiya faktlarına görə keçmiş prezidentlər cinayət məsuliyyətinə cəlb oluna biləcək.

Deputatlar belə bir nəticəyə gəlib  ki, Qırğızıstanın istilik elektrik stansiyasının müasirləşdirilməsi ilə məşğul olan “TBEA” şirkəti ilə müqavilənin bağlanmasında əli olan  bütün keçmiş məmurlar siyasi, lazım gəldikdə isə cinayət məsuliyyətinə cəlb olunmalıdır.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]