SON DƏQİQƏ

Tramp "dəhşətli" dedi

Tarix:

24-04-2018, 23:48

/ 10 270 dəfə oxundu.
Tramp "dəhşətli" dedi

ABŞ prezidenti Donald Tramp bugünkü açıqlamasında yenə də qondarma "erməni soyqırımı" ifadəsini işlətməyib.

Gunaz.az xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev rəhbəri 1915-ci ilin "dəhşətli" hadisələrinin yada salındığını deyib.

Tramp bildirib ki, insanların zərər çəkməsindən və həyatlarını itirməsindən kədərlənir.

"Biz 1915-ci ilin dəhşətli hadisələrini yada salırıq və insanların həyatını itirmələrindən, zərər çəkmələrindən kədərlənirik", - deyə ABŞ prezidenti bildirib.

Ağ Ev rəhbəri ermənilərin Osmanlı imperiyasından deportasiya edildiyini qeyd edib.

Bununla da Tramp ermənilərin gözləntilərinin əksinə olaraq, növbəti dəfə qondarma "erməni soyqırımı" ifadəsini işlətməyib. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ