SON DƏQİQƏ

Güclü qar yolları iflic etdi

Tarix:

4-03-2018, 13:54

/ 10 287 dəfə oxundu.
Güclü qar yolları iflic etdi

Moskvaya yağan güclü qar Rusiya paytaxtının hava limanlarında 50-dən çox reysin təxirə salınmasına səbəb olub.

Gunaz.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Moskva hava məkanının aviadispetçer xidmətləri məlumat yayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Gunaz.az -a verilən məlumata görə isə, bu gün səhər saatlarından Moskva aeroportlarından Bakı, Lənkəran və Gəncə istiqamətində uçan təyyarə reyslərinin cədvəlində hələ ki, heç bir problem yaşanmayıb.

Rusiya paytaxtının aerodrom xidmətləri yüksək hazırlıq rejiminə keçiblər. Gecə ərzində hava limanlarında uçuş-eniş zolaqları, perronlar və yönəldici yolların qardan təmizlənməsi işləri davam etdirilib.

Bütün təyyarələrin şassiləri yola düşməzdən əvvəl buzbağlamaq əleyhinə maye ilə sürtülür. Bu prosedur 30 dəqiqə əlavə vaxt apardığından, relslərdə qısamüddətli gecikmələr yaradır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ