SON DƏQİQƏ

Bu gün hava necə olacaq?

Tarix:

21-01-2021, 09:13

/ 5 866 dəfə oxundu.
Bu gün hava necə olacaq?

Azərbaycanda bu günə gözlənilən hava şəraiti məlum olub.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 0 dərəcəyə yaxın, gündüz 1-3, Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 1-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, bəzi yerlərdə 20 dərəcəyədək şaxta, gündüz 3-7 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

скачать dle 12.1

Şərhlər