SON DƏQİQƏ
» » Sabahın havası: Yağış, qar və... 28 dərəcə isti

Sabahın havası: Yağış, qar və... 28 dərəcə isti

Tarix:

20-04-2020, 13:26

/ 1 842 dəfə oxundu.
Sabahın havası: Yağış, qar və... 28 dərəcə isti

Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz 15-19, Bakıda igecə 10-12, gündüz 16-18 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.
Aprelin 21-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-13, gündüz 23-28, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ