SON DƏQİQƏ
» » Millət vəkili şəhid zabitin atasına saat hədiyyə etdi

Millət vəkili şəhid zabitin atasına saat hədiyyə etdi

Tarix:

16-01-2021, 21:05

/ 1 374 dəfə oxundu.
Millət vəkili şəhid zabitin atasına saat hədiyyə etdi

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayon, Birinci Yeddioymaq kənd sakini, şəhid zabit Əlimərdan Quluzadənin atası Fəttah Quluzadə, şəhidimizin xanımı və azyaşlı övladı ilə görüşüb.

GunAz.az xəbər verir ki, Qənirə Paşayeva şəhid zabitin ailəsini işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb.

Millət vəkili işğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox şəhid ailələrinin və qazilərimizin, döyüşçülərimizin haqq etdiyi vurğulayaraq, onlara minnətdarlıq edib:

"Sizin oğlunuz Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərənmcamı ilə "Vətən uğrunda” medalı ilə təltif edilib.

Əlimərdan kimi zabitlərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub”.

Tarixi zəfər münasibətilə şəhid zabitin atasına Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından məktublar, üzərinə "Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edilib.


скачать dle 12.1

Şərhlər