SON DƏQİQƏ
» » Millət vəkilləri şəhid polkovnikin ailəsini ziyarət etdi

Millət vəkilləri şəhid polkovnikin ailəsini ziyarət etdi

Tarix:

29-07-2020, 23:50

/ 1 296 dəfə oxundu.
Millət vəkilləri şəhid polkovnikin ailəsini ziyarət etdi

Millət vəkilləri Qənirə Paşayeva, Məşhur Məmmədov və Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı Tovuzda düşmən hücumunu dəf edərkən qəhrəmancasına şəhid olmuş polkovnik İlqar Mirzəyevin ailəsini bugün ziyarət ediblər.

GunAz.az xəbər verir ki, Q.Paşayeva şəhid polkovnikin ailə üzvlərinə onun və silahdaşlarının şəhid olmasından cəmi 4-5 saat öncə etdiyi söhbətlərdən danışaraq, polkovnikin və silahdaşlarının qətiyyət və fədakarlığının, yüksək vətənpərvərlik ruhunun canlı şahidi olduğunu bildirib. Onun öz həyatını Vətən şərəfini, zabit şərəfini uca tutaraq yaşadığını, övladlarına əvəzsiz mənəvi miras qoyduğunu deyib.

Q.Paşayeva məlumat verib ki, Iİlqar Mirzəyevin, o cümlədən Tovuz istiqamətində qəhrəmanlıqla şəhid olan digər qardaşlarımızın həyat yolu ilə bağlı məqalələr və haqlarında xatirələr toplanmış kitabların nəşri planından xəbərdardır. Millət vəkili gənc nəsillərimizin bu qəhrəman qardaşlarımızı daha geniş tanınmasına xidmət edən layihələrə hər zaman dəstək olacağıq deyib.

Hər iki millət vəkili şəhid polkovnikin övladlarının təhsilini davam etdirməklə bağlı arzuları, qayğıları ilə maraqlanıb. Qeyd olunub ki, şəhidlərimizin hər birinin ailəsi dövlətimizin ali rəhbərliyinin, cənab Prezidentimizin və hörmətli Mehriban xanımın diqqətindədir və bizim hər birimizin də borcu, şəhid ailələrinə münasibətdə ali rəhbərlikdən örnək götürməkdir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ