SON DƏQİQƏ
» » Millət vəkili onların icbari sığortasının ödənilməsini istədi

Millət vəkili onların icbari sığortasının ödənilməsini istədi

Tarix:

25-11-2019, 23:36

/ 1 254 dəfə oxundu.
Millət vəkili onların icbari sığortasının ödənilməsini istədi

Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə 2020-ci ilin büdcə layihəsinin 2-ci oxunuş müzakirələrində çıxış edib.

GunAz.az xəbər verir ki, ötən ildən ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən, şəhid ailələrinə 11 min manat birdəfəlik ödəmələr verilməyə başladığı barədə danışan Qənirə Paşayeva 1997-ci ilə qədər Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirib əlil olmuş Qarabağ əlillərinin - hərbi qulluqçuların da şəxsi icbari sığortasının ödənilməsi ilə bağlı Qarabağ Qaziləri İB-nin təkliflərini, Qarabağ Qaziləri İB-nin millət vəkilləri və hökumətə müraciətini səsləndirib.

Q.Paşayeva Qarabağ Qaziləri İB-nin və bütün Qarabağ müharibəsi əlillərinin cənab Prezidentimizin şəhid ailələrimizə, Qarabağ müharibəsi əlil və qazilərinə diqqət və həssaslığını, onların həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində atılan önəmli addımları yüksək qiymətləndirdiklərini deyərək, Qarabağ müharibəsi əlillərinin yaxın zamanlarda bu məsələyə dövlət qurumlarımızın həssaslıqla yanaşacağına inandıqlarını bildirib.
Millət vəkili Qarabağ Qaziləri İB-nin bu məsələ ilə bağlı müraciətinə yaxın zamanlarda baxılması və öz həllini tapması üçün dövlət qurumlarına çağırış edib.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ