SON DƏQİQƏ
» » Paşayeva şəhid polkovnikin ailəsi ilə görüşdü

Paşayeva şəhid polkovnikin ailəsi ilə görüşdü

Tarix:

5-01-2021, 11:38

/ 5 811 dəfə oxundu.
Paşayeva şəhid polkovnikin ailəsi ilə görüşdü

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xanımı Nazilə Nudirəliyeva, övladları Pəri və Ömərlə görüşüb.

Komitə sədri Zaur Nudirəliyev və onun silahdaşlarının qəhrəmanlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunması, xalqımızın 30 illik həsrətinə son qoyulmasından danışıb.

"Şəhid polkovnikimiz tarixi qələbəmiz münasibətilə təsis edilmiş, Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsi olan Vətən Müharibəsi Qəhrəmanı adını alıb, həmçinin "Vətən uğrunda” medalı, "Füzulinin azad olunmasına görə” medalı və bir sıra başqa medallarla təltif edilib.

Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!

Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz Şəhid ailələrinin üzvlərisiz.

Sizə çox minnətdarıq!

Sizi, gözəl övladlarınız Pərini, Öməri, bütün doğmalarınızı düşmən üzərində tarixi qələbə münasibəti ilə təbrik edir, yeni təqvim ili münasibəti ilə ən xoş diləklərimi yetirirəm”, - millət vəkili bildirib.

Q.Paşayeva N.Nudirəliyevaya və şəhidimizin övladlarına Mədəniyyət Komitəsi adından məktub və üzərində "Qarabağ Azərbaycandır!" yazılmış qol saatı təqdim edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ