SON DƏQİQƏ

Vətən müharibəsi qəhrəmanı pilot - VİDEO

Tarix:

11-12-2020, 12:11

/ 5 386 dəfə oxundu.
Vətən müharibəsi qəhrəmanı pilot - VİDEO

Zaur Nudirəliyev Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin sırasında Zaur Nudirəliyev də var.Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin hərbi pilotu və polkovniki olub. 42 yaşlı şəhidimizin 2 övladı var.

Sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə oktyabrın 4-də şəhid olub. Ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı” adını qazanıb.

Şəhid polkovnik Zaur Nudirəliyev haqqında hər halda ailə üzvlərindən ,yaxınlarından daha yaxşı heç kəs danışa bilməz.

 

Zaur Nudirəliyev müxtəlif illərdə müəyyən vəzifələrdə çalışıb. Lakin son illərə nəzər salsaq. Zaur Nudirəliyev 2011-ci ilin may ayından 2013-cü ilin noyabr ayına qədər "N" saylı hərbi hissənin 1-ci aviasiya esкadrilyasının qərargah rəisi, 2013-cü ilin noyabr ayından 2015-cü ilin avqust ayına qədər isə "N" saylı hərbi hissənin 1-ci aviasiya esкadrilyasının кomandiri olub. 2015-ci ilin avqust ayından "N" saylı hərbi hissə кomandirinin uçuş hazırlığı üzrə müavini və uçuşların planlaşdırılma bölməsinin rəisi vəzifəsində xidmət edib.


Pilot Nudirəliyev çox yaxşı anlayırmış ki,ya bayraq sancıb gələcək yada ki bayrağa büküb gətirəcəklər.Ailəsinin böyük qürurla haqqında danışdığı Zaur Nudirəliyevlə,onun kimi digər bütün yaralılarımız və qazilərimizlə bütün azərbaycan xalqı olaraq fəxr edirik.

 





скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ