SON DƏQİQƏ

AZƏRBAYCAN BAYRAĞI

Tarix:

9-11-2020, 08:04

/ 5 009 dəfə oxundu.
AZƏRBAYCAN BAYRAĞI

AZƏRBAYCAN BAYRAĞI

 

Şöhrətimiz, şanımız,

Bizim and yerimizsən.

Müqəddəs varlığımız,

Döyünən qəlbimizsən,

Azərbaycan bayrağı!

 

Üstündə Ay-ulduzun,

Üç rəngin ahəngisən.

Sən bu Odlar yurduna,

Yaraşıqsan, bəzəksən,

Azərbaycan bayrağı!

 

Dalğalanırsan hər an,

Qarabağda indi sən.

Bir dəfə ucalmısan,

Uca zirvələrdəsən,

Azərbaycan bayrağı!

 

Pirimiz, ocağımız,

Sən varsan, biz də varıq.

Gecə-gündüz biz sənin,

Keşiyində durarıq,

Azərbaycan bayrağı!

 

Səninlə xoş günlərə,

Gələcəyə gedirik.

Qarşında baş əyirik,

Səninlə fəxr edirik,

Azərbaycan bayrağı!

 

AZƏRBAYCAN BAYRAĞIRəsmiyyə Heybətağaqızı

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ