SON DƏQİQƏ
» » Rus icması Ordumuza dəstək üçün avtomobil yürüşü keçirdi

Rus icması Ordumuza dəstək üçün avtomobil yürüşü keçirdi

Tarix:

31-10-2020, 17:49

/ 3 894 dəfə oxundu.
Rus icması Ordumuza dəstək üçün avtomobil yürüşü keçirdi

Bakıda Azərbaycan Ordusuna dəstək məqsədilə avtomobil yürüşü keçirilib.

Tədbir Azərbaycanın Rus icması tərəfindən təşkil olunub.

Azərbaycan, Rusiya və Türkiyə bayraqları ilə bəzədilmiş təxminən 30 avtomobil Milli Məclisin binası qarşısından yürüşə başlayaraq Bakının mərkəzi küçələri ilə, eləcə də Rusiya və Türkiyə səfirliklərinin qarşısından keçməklə irəliləyib. Paytaxt sakinləri avtoyürüş iştirakçılarını coşğu ilə qarşılayıb.

Azərbaycanın Rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelinin sözlərinə görə, yürüşün məqsədi Azərbaycan Ordusuna dəstək olmaqdır.

"Bu, ədalətli Vətən müharibəsində xalqımıza və Ordumuza, Prezidentimizə və Ali Baş Komandanımız İlham Əliyevə dəstəkdir”, - M.Zabelin deyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ