SON DƏQİQƏ

Bakıda avtobuslar niyə yanır? – Ekspert

Tarix:

16-09-2020, 09:27

/ 3 141 dəfə oxundu.
Bakıda avtobuslar niyə yanır? – Ekspert

Son vaxtlar paytaxtda tez-tez avtobusların yanması halları müşahidə edilir. Xüsusən bu ay Bakı Bus MMC-nin istismarında olan iki avtobusun yanması diqqəti çəkib. Ekspertlər bu vəziyyətin həm vətəndaşların həyatı üçün təhlükəli olduğunu, həm də maddi itkiyə yol açdığını bildiriblər.

Məsələ ilə bağlı danışan nəqliyyat eksperti Eldəniz Cəfərli bildirib ki, avtobusların yanmasına səbəb fasiləsiz istismarı ola bilər:

"Buna görə də mütəmadi monitorinqlər keçirilməlidir. Yaxşı olardı ki, BNA ictimaiyyət üçün "açıq qapı” günü keçirsin, ekspertlər dəvət olunsun və mövcud nəqliyyat vasitələri qiymətləndirilsin.

Bu gün səhər saatlarında 88A marşrutu üzrə hərəkət edən avtobus yanıb. Bakı Nəqliyyat Agentliyinin komissiyası avtobusun alışması ilə bağlı mütləq şəkildə araşdırma aparmalıdır. Həmin komissiya tez bir zamanda yanma səbəbini ictimaiyyətə açıqlamalıdır, müvafiq qurumlar da buna əsaslanaraq tədbirlər görməlidirlər”.

Eldəniz Cəfərli deyib ki, hazırda Bakı şəhərində nəqliyyat çox gərgin rejimdə çalışır:

"Sərnişinlərin daşınmasında böyük problemlər var. Bakı Nəqliyyat Agentliyi bu istiqamətdə qayda-qanun yaratsa da, gərginlik davam etməkdədir. Sərnişinlərin sayı çoxdur, buna görə avtobuslar fasilə vermədən çalışır. Artıq Bakı şəhərində yeni növ nəqliyyat vasitələrinin tətbiq edilməsinin zamanıdır”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ