SON DƏQİQƏ

Yağışlar başladı və... nəqliyyat iflic oldu

Tarix:

1-11-2019, 12:12

/ 1 813 dəfə oxundu.
Yağışlar başladı və... nəqliyyat iflic oldu

Ötən gecədən paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti bu gün səhər saatlarından etibarən avtobusların hərəkətində ciddi problem yaradıb.

GunAz.az xəbər verir ki, sərnişinlər dayanacaqlarda bəzən 40 dəqiqədən artıq avtobus gözləmək məcburiyyətində qalıb. Sözügedən problem isə daha çox 88 və 3 nömrəli marşrut xətti ilə hərəkət edən avtobuslarda qeydə alınıb.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, avtobuslar arasında intervalın çox olmasına səbəb yağışlı hava şəraiti ilə əlaqədar sürücülərin aşağı sürətlə hərəkət etməsidir.

Qurum rəsmisi həmçinin onu da qeyd edib ki, bəzi küçələrdə işıqforların da işləməməsi səbəbindən yollarda yaranan sıxlıq avtobusların intervallarında gecikmələrə səbəb olur.

N.SAFURA

скачать dle 12.1

Şərhlər