Paytaxtın Qara Qarayev prospektindən “Koroğlu” metrosu istiqamətindəki yollarda işıqforlar xarab olub. Nəticədə yollarda hərəkətin iflic vəziyyətə düşməsi müşahidə olunur.
Məsələ ilə bağlı GunAz.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, yağışlı hava şəraiti ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində işıqforların işində texniki problem yaranıb:
“Hazırda işıqforların işinin bərpası ilə bağlı operativ tədbirlər həyata keçirilir. Sürücülərdən problem aradan qalxanadək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur”.