SON DƏQİQƏ

Bakıda avtobuslar üçün xüsusi zolaqlar olacaq

Tarix:

5-01-2017, 22:08

/ 2 181 dəfə oxundu.
Bakıda avtobuslar üçün xüsusi zolaqlar olacaq

Mütəmadi olaraq paytaxtda nəqliyyatın hərəkətinin daha da intensiv olması üçün addımlar atılır. Növbəti belə layihə Bakı Nəqliyyat Agentliyi tərəfindən irəli sürülüb. Belə ki, avtobuslar üçün xüsusi hərəkət zolaqları nəzərdə tutulub. Artıq xüsusi zolaqların təşkil ediləcəyi küçə və prospektlər də məlumdur.
Bakıda avtobuslar üçün ayrıca hərəkət zolaqları təşkil ediləcək. Məqsəd müntəzəm sərnişindaşımalarda təhlükəsizliyin və rahatlığın təmin edilməsi, yollarda sıxlığın azaldılmasıdır.
Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev deyir ki, bu işlərin aprel ayına qədər yekunlaşacağı gözlənilir. Xüsusi hərəkət zolaqlarının ayrılacağı ərazilər məlumdur. İlkin mərhələdə intensivliyin yüksək olduğu 9 prospekt və küçə müəyyən edilib.
Xüsusi hərəkət zolaqlarında yalnız avtobusların hərəkət etməsinə xüsusi nəzarət ediləcək, qaydanı pozanlara qarşı sərt tədbirlər görüləcək.
Yaxın gələcəkdə xüsusi hərəkət zolaqlarının tətbiq ediləcəyi küçə və prospektlərinin sayının artırılacağı gözlənilir.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ