SON DƏQİQƏ
» » Bakıda karantin qurğusunu qırıb keçən “Kral oğlu” kimdir?

Bakıda karantin qurğusunu qırıb keçən “Kral oğlu” kimdir?

Tarix:

9-04-2020, 12:24

/ 1 975 dəfə oxundu.
Bakıda karantin qurğusunu qırıb keçən “Kral oğlu” kimdir?

Bakı-Ələt yolundakı karantin postunda yaradan  insident və karantin qaydalarını pozaraq, "Mersedes” markalı maşını ilə yol qurğularını qırıb keçən Rəmzi Şükürovla bağlı maraqlı məqam üzə çıxıb.
Gunaz.az ARB TV-yə istinadla xəbər verir ki, "Tikinti kralı” kimi tanınan Əvəz Şükürovun oğlu Rəmzi Şükürov da tikinti biznesi ilə məşğuldur.
Əvəz Şükürovun adı bir neçə il öncə sabiq səhiyyə naziri Əli İnsanovun cinayət işində adı hallanıb. Rəmzi Şükürov isə keçmiş MTN-nin bir müddət əvvəl həbs edilən və Prezidentin əfvi ilə bir neçə gün öncə azadlığa çıxan generalı Akif Çovdarovun Milli Məclisdə işləyən oğlu ilə dost və iş yoldaşı olublar.
Qeyd edək ki, R.Şükürov saxlanılıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ