SON DƏQİQƏ
» » Ölkəmizdə ərzaq qıtlığı mümkündürmü? - Açıqlama

Ölkəmizdə ərzaq qıtlığı mümkündürmü? - Açıqlama

Tarix:

8-04-2020, 18:45

/ 1 862 dəfə oxundu.
Ölkəmizdə ərzaq qıtlığı mümkündürmü? - Açıqlama

Yanvar ayının erkən dövrlərində ölkəmizin ərzaq tədarükünün təmin olunması ilə bağlı zəruri tapşırıqlar verilib.
Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Operativ Qərargahın mətbuat konfransında deyib.
"Azərbaycanda bir daha şahidi olduq ki, ərzaq qıtlığı baş vermədi. Beynəlxalq tərəfdaşlarımızla idxal-ixrac davam edir. 5 mindən artıq yük maşını sərhəddən keçirilib. Bütün kompleks tədbirlər hazırlanıb", - Prezident köməkçisi qeyd edib.
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov isə bildirib ki, 3 aylıq ərzaq ehtiyatı var:
"Altı aylıq ehtiyat tədbirləri isə hazırdır. Kənd təsərrüfatı işçiləri ilə bağlı yaxın günlərdə qəbul olunmuş təlimatda təsərrüfatçılara sərbəst fəaliyyət azadlığı verilib. Ərzaq bazarında cüzi dalğalanmalar mövsümlə əlaqədar ola bilər".
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ