SON DƏQİQƏ

Azərbaycanda illik inflyasiya 4%-ə düşüb

Tarix:

9-04-2018, 17:39

/ 10 497 dəfə oxundu.
Azərbaycanda illik inflyasiya 4%-ə düşüb

Bu ilin yanvar-mart aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,5%, qeyri-ərzaq mallarının qiymətləri 4,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,9% artıb.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, martda fevrala nisbətən istehlak məhsulları və xidmətləri 0,2%, o cümlədən ərzaq məhsulları 0,5%, əhaliyə göstərilən ödənişli xidmətlər 0,1% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb.

Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin eyni dövrünə nisbətən 4,7% artıb. Bu müddətdə ərzaq məhsullarının qiymətləri 5,8%, qeyri-ərzaq mallarının qiymətləri 4,7%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,3% artıb.

Aylıq müqayisədə isə istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,4%, qeyri-ərzaq mallarının qiymətləri 0,1% artıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% azalıb.

скачать dle 12.1

Şərhlər