SON DƏQİQƏ

Azərbaycanda ilin əvvəlindən ərzaq bahalaşıb

Tarix:

9-02-2018, 13:24

/ 1 150 dəfə oxundu.
Azərbaycanda ilin əvvəlindən ərzaq bahalaşıb

Bu ilin yanvar ayında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri ötən ilin yanvar ayına nisbətən 5,5 %, o cümlədən ərzaq məhsulları 6,9%, qeyri-ərzaq malları 5,1%, əhaliyə göstərilən ödənişli xidmətlər 3,9% bahalaşıb.

Dövlət Statistika Komitəsindən Gunaz.az -a verilən məlumata görə, cari ilin yanvarında 2017-ci ilin dekabr ayına nisbətən ərzaq məhsullarının qiymətləri 0,5%, qeyri-ərzaq mallarının qiymətləri 0,2% artıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,8% azalıb.

 

Nəticədə, istehlak məhsulları və xidmətlərin ümumi indeksi 100% səviyyəsində olub.

Qeyd edək ki, 2017-ci ildə istehlak məhsulları və xidmətlərin qiymətləri 2016-cı ilə nisbətən 12,9 %, o cümlədən ərzaq məhsullarının qiymətləri 16,4%, qeyri-ərzaq mallarının qiymətləri 11,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,3% artıb.

 

Ötən ilin dekabr ayında noyabr ayına nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 0,5%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,0 %, qeyri-ərzaq mallarının qiymətləri 0,2% artıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

скачать dle 12.1

Şərhlər