SON DƏQİQƏ

BMT-dən aclıqla bağlı qorxulu statistika

Tarix:

3-04-2019, 12:50

/ 10 217 dəfə oxundu.
BMT-dən aclıqla bağlı qorxulu statistika

2018-ci ildə dünyanın 53 ölkəsində yaşayan 113 milyona yaxın insan ərzaq qıtlığı ilə üzləşib.

BMT-nin Əzaq və kənd təsərrüfatı təşkilatının dərc etdiyi qlobal ərzaq böhranları barədə hesabatında belə deyilir.

Hesabata görə, aclıqla üzləşmiş insanların üçdə iki hissəsi səkkiz ölkədə - Əfqanıstan, Konqo, Efiopiya, Nigeriya, Cənubi Sudan, Sudan, Suriya və Yəməndə yaşayır.

Hesabata əsasən, ərzaq qıtlığının əsas səbəbləri, əvvəlki kimi, müharibələr, iqtisadi böhranlar, təbii fəlakətlər və iqlim dəyişikliyidir.

“Dünyanın 53 ölkəsində yaşayan 113 milyon insan 2018-ci ildə kəskin ərzaq qıtlığı ilə üzləşib. 2017-ci ildə bu göstərici 124 milyon təşkil edib”, - deyə hesabatda qeyd olunur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ