SON DƏQİQƏ

Aşura günü hansı hadisələr baş verib?

Tarix:

11-09-2019, 16:06

/ 1 154 dəfə oxundu.
Aşura günü hansı hadisələr baş verib?

 

1. Aşura günü ALLAH'ın bəxş etdiyi möcüzə ilə dəniz yarılmış, Musa peyğəmbər Firon va ordusunun təqibindən xilas olmuşdur. Firon və ordusu isə sulara qərq edilmişdir.

2. Nuh peyğəmbərin gəmisi Cudi dağının üstünə aşura günü çıxmışdır.

3. Yunus peyğəmbər balığın qarnından məhz Məhərrəm ayının 10-cu günü xilas olmuşdur.

4. Adəm peyğəmbərin tövbəsi həmin gün, aşura günü qəbul edilmişdir.

5. Yusuf peyğəmbər qardaşlarının atdığı quyudan aşura günü xilas olmuşdur.

6. İsa peyğəmbər aşura günündə dünyaya gəlmiş və yenə aşura günündə səmaya yüksəldilmişdir.

7. Davud peyğəmbərin tövbəsi həmin gün qəbul edilmişdir.

8. İbrahim peyğəmbərin oğlu Hz. İsmail aşura günü dünyaya gəlmişdir.

9. Yaqub peyğəmbərin oğlu Hz. Yusifin həsrəti ilə görmə qabiliyyətini itirən gözləri aşura günü işığına qovuşmuşdur.

10. Muhamməd peyğəmbərin ( sallallahu aleyhi və səlləm) nəvəsi Hz. Hüseyn və onun ailə üzvləri, yaxınları hicrətin 61-ci ilində Aşura günü Kərbəlada şəhid olublar

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ